Bakıda 4 evdən 81 minlik qızıl oğurlayan saxlanıldı

Bakıda 4 evdən 81 minlik qızıl oğurlayan saxlanıldı

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23 000 ABŞ dolları, 700 manat, 81.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Teqlər: