Əlcəzair Rusiyadan 7 milyard dollar dəyərində silah almaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Military Watch” portalı məlumat yayıb.
Məlumata görə, sövdələşmə hələ 2021-ci ildə bağlanıb, amma yalnız sentyabrın 15-də ABŞ senatoru Mark Rubio bu razılaşmanı təsdiqləyən hesabat yayıb.
Senator Əlcəzairə qarşı sanksiyaların tətbiqinə çağırıb.
Xatırladaq ki, 2010-cu ildən Əlcəzair Rusiyadan aktiv şəkildə silah almağa başlayıb.