Bu ölkə Lukaşenkoya sanksiya tətbiq etdi

Bu ölkə Lukaşenkoya sanksiya tətbiq etdi

Yeni Zelandiya Rusiya və Belarusun 22 vətəndaşına, eləcə də neft-qaz və polad sektorunda fəaliyyət göstərən bir neçə müəssisəyə sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta məlumat yayıb.

Məlumata görə, sanksiyalara məruz qalanların arasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və uşaqları, eləcə də Belarus Prezidenti Aleksandr Lukaşenko da var.

Teqlər: