Bu ölkə İsrailə qarşı soyqırım aktı irəli sürdü

Bu ölkə İsrailə qarşı soyqırım aktı irəli sürdü

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Ədalət Məhkəməsindən İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərəkətlərini soyqırım aktı kimi təsnif etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Cənubi Afrika Respublikası öz bəyanatında İsraili soyqırım konvensiyasından irəli gələn öhdəlikləri pozmaqda ittiham edir, Qəzza zolağındakı hərəkətlərinin fələstinliləri məhv etmək məqsədi daşıdığı üçün soyqırım kimi təsnif edilə biləcəyini iddia edir”,- məlumatda deyilib.

Qeyd olunur ki, İsrail ittihamları rədd edib və bu iddiaların heç bir faktiki və hüquqi əsası olmadığını bildirib.

Teqlər: