Boliviya hökuməti Qəzza zolağındakı hərəkətlərinə görə İsraillə diplomatik münasibətləri kəsir.
AzerTimes xəbər verir ki, bu barədə Boliviyanın xarici işlər nazirinin müavini Freddi Mamani bildirib.
“Boliviya İsraillə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, – o, mətbuat konfransında deyib.