Bu ölkə də Ukraynaya zenit-raket kompleksləri verir

Bu ölkə də Ukraynaya zenit-raket kompleksləri verir

İtaliyanın Ukraynanı orta mənzilli “Spada” zenit-raket kompleksləri (ZRK) ilə təmin edəcəyi gözlənilir.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzetinə NATO-dakı mənbələr deyib.

İddiaya görə, bu hazırlıq barədə Alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirilib.

İtaliya Hərbi Hava Qüvvələrinin Rivoltodakı bazasında artıq anqarlarda saxlanılan komplekslərin vəziyyətinin yoxlanılmasına başlanılıb.

“Spada”ların bir neçə ay əvvəl İtaliya və İspaniyada arsenaldan çıxarıldığı bildirilib. Qəzet yazıb ki, ZRK tədarükü ilə bağlı qərarı İtaliyanın yeni hökuməti qəbul edəcək.

Bundan başqa, İtaliya və İspaniyanın Kiyevi qısa mənzilli “Aspide” zenit raketləri ilə təchiz edə biləcəyi də istisna edilməyib.

Bu raketlərin Ukrayna daha müasir və güclü silahlarla təchiz olunana qədər müvəqqəti həll yolu ola biləcəyi qeyd olunur.

Teqlər: