Bu ölkə də İrana sanksiya tətbiq etdi

Bu ölkə də İrana sanksiya tətbiq etdi

Avstraliya hökuməti İranın bir neçə rəsmisinə və qurumuna sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Sanksiyalar İranda insan haqlarının pozulması və Tehranın Ukrayna müharibəsində Rusiyaya dəstək verməsinə görə tətbiq olunub.

Bu sanksiyalar iranlı gənc qız Məhsa Əminin öldürülməsinə cavabdeh olan 14 rəsmi quruma, habelə “Əxlaq” polisinin 4 vəzifəli şəxsinə də şamil edilir.

Teqlər: