Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanıldı – Video

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanıldı – Video

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Teqlər: