Bu ölkə çağırış etdi: İranı təcili tərk edin!

Bu ölkə çağırış etdi: İranı təcili tərk edin!

Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı təcili tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların hüquqlarının təmin ediləcəyinə təminat yoxdur”, – bəyanatda deyilir.

Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.

Teqlər: