Bu ölkə Belarusa nota verdi – Qalmaqal

Bu ölkə Belarusa nota verdi – Qalmaqal

Belarusun Vilnüsdəki səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

AzerTimes xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu bəyanatlar Litvaya açıq hücum təhdidləri kimi başa düşülə bilər ki, bu da tamamilə qəbuledilməzdir”, – XİN-in açıqlamasında vurğulanıb.

Qeyd edək ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveyko müsahibələrindən birində Litva üzərindən güc yolu ilə dəhliz yaradılmasının dünyada pislənməyəcəyini, hazırda vəziyyətin fərqli olduğunu və ölkəsinin artıq Qərbin ciddi təzyiqlərinə müqavimət göstərdiyini bildirib.

Teqlər: