Bu ölkə ABŞ-a təbii şəkildə cavab verir – Rusiya

Bu ölkə ABŞ-a təbii şəkildə cavab verir – Rusiya

Şimali Koreya raket sınaqları keçirməklə ABŞ və onun regiondakı müttəfiqlərinin genişmiqyaslı təlimlərinə təbii reaksiya verir.

AzerTimes xəbər verir ki, bunu Rusiya BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneva deyib.

“Biz yenə də bu məsələnin kontekstində bizə yaxşı bəlli olan qapalı dairənin girovuna çevrilirik. ABŞ və onun regiondakı müttəfiqləri irimiqyaslı təlimlər keçirir, Pxenyan təbii cavab verir və sonra biz bütün bunları müzakirə etmək üçün burada görüşürük”, – nümayəndə bildirib.

Qeyd edək ki, Şimali Koreya keçən həftə Yaponiya dənizinə qitələrarası ballistik raket atıb.

Teqlər: