Bu obyektlərdə vaxt və say məhdudiyyəti ləğv edilir – Operativ Qərargah

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qərar qəbul edilib

Trend xəbər verir ki, 2022-ci il martın 6-dan mədəniyyət
obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans
zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq
əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da
daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və
digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı
vaxt və say məhdudiyyəti ləğv edilir.

Teqlər: