Bu müəllimlərin maaşı 1000 manata yaxınlaşır

Bu müəllimlərin maaşı 1000 manata yaxınlaşır

Sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. İmtahandan keçən müəllimlərin 49 %-nin əmək haqlarına 10 %, 27 %-nin maaşına isə 35 % əlavə olunub.

AzerTimes xəbər verir ki, bunu rlm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla da ibtidai sinif müəllimlərinin əmək haqqları əlavə ilə birlikdə təxminən 1000 manata yaxınlaşmaqdadır:

“Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əladır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 %-i minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə cavab verə bilməyiblər”.

Teqlər: