Bu mövqeləri darmadağın etməliyik – Ekspert

Bu mövqeləri darmadağın etməliyik – Ekspert

Hazırda düşmən ölkə ilə sərhəddə baş verənlər lokal toqquşma sayılır.

Bu sözləri AzerTimes-a hərbi ekspert Ədalət Verdiyev sərhəddəki son vəziyyəti şərh edərkən deyib.

Toqquşmanın Azərbaycan tərəfindən başladılmadığını vurğulayan hərbi ekspert düşmənin növbəti təxribatının layiqincə cavablandırıldığını bildirib:

“Düşmən növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərinə PUA-larla hücum edib. Azərbaycan tərəfi də bu hücumlara kifayət qədər adekvat cavab verir. Hesab edirəm ki, bu cavablar daha təsirli, daha effektiv olmalıdır. Bu məqsədlə atəş açılan düşmən mövqelərini darmadağın etməliyik. Həmin mövqelər bizim üçün əhəmiyyət daşıyırsa, orada Azərbaycan bayrağını sancıb, əsgərimizi yerləşdirməliyik. Əhəmiyyətsiz mövqedirsə, o zaman oranın bufer zona kimi istifadəsinə münbit şərait yaratmalıyıq”.

Teqlər: