Bu məsələyə cavab verəcəyik – Abdullahian

Bu məsələyə cavab verəcəyik – Abdullahian

Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən İran əleyhinə qəbul olunan qərar siyasi məqsəd daşıyır.

AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“İki həftə əvvəl İran XİN və Atom Enerjisi Agentliyini təmsil edən nümayəndə heyəti Vyanada bir araya gəlib. Tərəflər əməkdaşlıq barədə də razılığa gəlmişdi. Buna baxmayaraq, ABŞ və 3 Avropa ölkəsi Tehrana maksimum təzyiq göstərmək, daxili mühitə təsir etmək və ikitərəfli siyasətlərini davam etdirmək üçün qətnamə müzakirə çıxartdı. Beynəlxalq Atom Enerjisi Agentliyində İrana qarşı görülən işlər agentliyin statusundan sui-istifadə və onun funksiyalarının siyasiləşdirilməsidir. Biz beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərimizə sadiq qalaraq, bu məsələyə cavab verəcəyik və lazımi tədbirlər görəcəyik”, – XİN başçısı bilirib.

Teqlər: