Bu məğlubiyyət bizi dayandırmayacaq – Byazi

Bu məğlubiyyət bizi dayandırmayacaq – Byazi

Bu gün yaxşı oyun keçirdik. İlk hissədə nəticəmiz ürəkaçan olmadı, amma ikinci hissədə nisbətən toparlandıq. Ümumilikdə isə balansı saxlaya bildik.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Avro-2024”ün seçmə mərhələsində Avstriya yığmasına uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komanda Avstriya millisinə qarşı yaxşı mübarizə apardı:

“Oyunun son dəqiqələrində qol vurmaq üçün çox yaxşı fürsətimiz oldu. Toral Bayramov bu gün olduqca yaxşı oyun nümayiş etdirdi. Qol vurmağa layiq idi. Amma təəssüf ki, alınmadı, azarkeşlərimizi sevindirə bilmədik”.

Onun sözlərinə görə, rəqib təcrübəli və fiziki cəhətdən daha güclü idi:

“İddialı komandaya qarşı son dəqiqəyə kimi mübarizə apardıq. Amma biz də inkişaf etmişik. Qapımıza vurulan qolların sayı çox olmadı, sadəcə penaltiyə görə məğlub olduq. Estoniya ilə oyundan sonra komanda daxilində yorğunluq hiss olunurdu. Ona görə də futbolçular meydanda çəkinirdilər. Amma bu məğlubiyyət bizi dayandırmayacaq. Addım-addım inkişafa doğru gedəcəyik”.

Teqlər: