Bu maşınlar 1000-2000 manat bahalaşdı – Video

Bu maşınlar 1000-2000 manat bahalaşdı – Video

Avtomobil bazarında bahalaşma müşahidə edilir.

AzerTimes xəbər verir ki, qiymət artımı ikinci əl nəqliyyat vasitələrində daha çox hiss olunur.

Satıcılar bildirir ki, bahalaşmaya son aylarda daşıma xərclərinin artması səbəb olub. Onların sözlərinə görə, bu tendensiya gələn il də davam edəcək.

Qiymət artımı təbii ki, alıcılara sərf etmir. Onlar bazarda ciblərinə uyğun qiymətə avtomobil tapmaqda çətinlik çəkdiklərini deyirlər.

Satıcıların sözlərinə görə, gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması da qiymət artımına səbəb olacaq.

Ətraflı Xəzər TV-nin süjetində:

Teqlər: