Bu marşrut xəttinə yeni avtobuslar buraxılır (FOTO)

Vətəndaşlara həm keyfiyyət həm də təhlükəsizlik baxımından daha
müasir sərnişindaşıma xidmətlərinin göstərilməsi istiqamətində
tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, bu
məqsədlə avtobus parkının yenilənməsi daim diqqətdə saxlanılır.

Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın
marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %- yenilənib.
İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli
tədbirlər eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən
maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus
parkının yenilənməsinə marağını artırır. Bu çərçivədə
“Azlənd-Plaza” MMC tərəfindən 12 ədəd İsuzu markalı sərnişin
avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə
tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini
metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm
marşrut xətti üzrə istismara veriləcək. Dəyişiklik gündəlik
sərnişin səfər sayı 20-25 min olan 49 nörməli marşrut xətti üzrə
sərnişindaşımaların keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına
təsir edəcək.

Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli
marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə
sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı
dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 nömrəli marşrutda son
günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan
qalıdırılacaq.

Qeyd edirik ki, son günlər 161 nömrəli marşrut üzrə nağdsız
fəaliyyət göstərən bəzi avtobuslarda texniki nasazlıqların
yaranması nəzərə alınaraq marşrutun fasiləsiz fəaliyyətini təmin
edilməsi məqsədi ilə müvəqqəti olaraq nağdsız avadanlıqlarla təchiz
edilməyən avtobuslar istismar edilmişdir.

Teqlər: