“Gəncə” basketbol komandası bütün oyunçuları ilə vidalaşıb.
Klubdan AzerTimes-a verilən məlumata görə, 2022/2023 mövsümündə qərb təmsilçisinin formasını geyinmiş doqquz basketbolçu ilə yollar ayrılıb
Bunlar Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev, Amil Həmzəyev , Kollin Törner, Cared Smoul, Cordan Endryus və Calen Qeddidir.
Qeyd edək ki, “Gəncə” klubu ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medallarını və ölkə kubokunu qazanıb.