Bu, Kiyevin əxlaqsızlığının təzahürüdür – Zaxarova

Bu, Kiyevin əxlaqsızlığının təzahürüdür – Zaxarova

Kiyev-Peçersk lavrasında aparılan axtarışın izahı və bəhanəsi yoxdur və bu, Kiyev rejiminin əxlaqsızlığının təzahürüdür.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Axı bu, sadəcə, bir növ ümumi allahsızlıqdır. Bunun heç bir bəhanəsi və izahı yoxdur. Və ola bilməz. Bu, Kiyev rejiminin tamamilə əxlaqsız, vəhşi hərəkətlərinə tamamilə üzvi şəkildə uyğunlaşan başqa bir elementdir”, – Zaxarova bildirib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyev-Peçersk lavrasında axtarışlar aparıb. Axtarışlar lavranın “rus dünyası” tərəfindən istifadəsinin qarşısını almaq, burada Ukraynanın suverenliyi əleyhinə qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərin olub-olmamasını müəyyənləşdirmək üçündür.

Teqlər: