Bu jurnalistlər deputat olmalıdır – Millət vəkili

Bu jurnalistlər deputat olmalıdır – Millət vəkili

Çox istərdim ki, bizim mətbuatda çox hazırlıqlı, faktiki jurnalistdən daha çox politoloq, siyası ekspert kimi formalaşmış, kütləvi informasiya vasitələrində mütəmadi çıxış edən jurnalistlərimiz də parlamentdə təmsil olunsunlar.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Reytinq”ə geniş müsahibəsində deyib.

O, siyasi jurnalistikanı siyasətdən qətiyyən ayırmadığını vurğulayıb:

“Qeyri-hökumət təşkilatlarında yaxşı mənada özünü göstərən, hazırlıqlı və öz sahələrini dərindən bilənlərin də parlamentə düşməsini istərdim. Fikrimcə, parlament seçkilərində kiməsə, kiminsə kürəkəni və qohumu olduğu, kiminsə şirkətində işlədiyi üçün dəstək verilməməlidir”.

Teqlər: