Bu istiqamətdə rus qoşunlarının qarşısı alındı

Bu istiqamətdə rus qoşunlarının qarşısı alındı

Ukrayna əsgərləri Slavyansk istiqamətində – Brajkovka, Dolina və Vernopol ərazilərində düşmənin hücumunu uğurla dəf ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Slavyansk istiqamətində düşmən sistemli artilleriya atəşi həyata keçirirdi. Ukrayna əsgərləri Brajkovka, Dolina və Vernopol ərazilərində düşmənin hücumunu uğurla dəf ediblər. İşğalçılar geri çəkildilər. Düşmən minaatan, artilleriya, çoxsaylı reaktiv reaktiv sistemlərin dəstəyi ilə Boqorodiçnoedə möhkəmlənməyə çalışır, döyüşlər davam edir. Düşmən elektron müharibə vasitələrindən fəal şəkildə istifadə edir”, – məlumatda vurğulanıb.

Teqlər: