Bu illər suverenliyin möhkəmləndirilməsi dövrü olacaq – Putin

Bu illər suverenliyin möhkəmləndirilməsi dövrü olacaq – Putin

Rusiya üçün 2020-ci illər iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq, eyni zamanda ölkə iqtisadiyyatı beynəlxalq əməkdaşlıq kursunu saxlayacaq.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

“Əminəm ki, 2020-ci illər Rusiya üçün öz infrastruktur və texnoloji bazasının sürətli inkişafını, mütəxəssislərin hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsini, habelə müstəqil dövlətin formalaşmasını təmin edən iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq”, – Putin bildirib.

Putin qeyd edib ki, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və geniş beynəlxalq əməkdaşlığa doğru kursunu davam etdirəcək.

Teqlər: