Bu ilin yanvar ayında prokurorluqda 71 cinayət işinin istintaqı tamamlanıb

Xəbər - Samir Əli – Trend:

2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən
71 cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, qurum tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks
etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial
şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 71-dir.

Belə ki, 2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları
tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər
yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin
izlənilməsi tövsiyə olunur.

Teqlər: