Bu ilin ilk rübü üçün iki mühüm məqam

Bu ilin ilk rübü üçün iki mühüm məqam

Bu ilin birinci rübünün makro-iqtisadi yekunlarında 2 mühüm məqam diqqəti çəkir. Birincisi, iqtisadi artım daha çox qeyri-neft-qaz sektoru hesabına formalaşır. Belə ki, qeyri-enerji sektorundakı 6.7 faizlik artım ÜDM-də 4.0 faiz artıma səbəb olub. İkincisi, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Belə ki, uzunmüddətdli azalmadan sonra enerji sektorundan 0.4 faiz artım qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, bu, eyni zamanda iki digər mühüm nəticəyə gəlməyə əsas verir:

“Birincisi, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi prioritetliyi daha da güclənb. Çünki artıq yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.

Digər tərəfdən, ÜDM ilə yanaşı ümumi ixracat və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir. Praktik olaraq, iqtisadi artımda drayverə çevrilən qeyri-neft-qaz sektoru digər makro-iqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. İkincisi, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır”.

Teqlər: