Bu ilin ilk rübü ərzində 3.712 fərdi yaşayış və bağ evi ilkin
dövlət qeydiyyatına alınıb.
Bu barədə AzerTimes-a İqtisadiyyat Nazirliyindən məlumat
verilib.
2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan
fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb.
Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə
edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq
sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9.191 olub.