Bu ildən bağçalara tərbiyəçilər imtahanla qəbul ediləcək

İndiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul
edilirdi, lakin artıq onlar xüsusi imtahanla işə
götürüləcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil
Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin
müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, imtahanlar adətən yay mövsümündə keçirilir.

“Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər
bağçaların vakant yerlərinə qəbul ediləcək”, – deyə o əlavə
edib.

Teqlər: