Bu ildən 9-cu sinif üzrə buraxılış imtahanları və kolleclərə qəbul imtahanı bir mərhələli olacaq

Xəbər - İlhamə İsabalayeva -Trend:

Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi (9 illik baza) üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


Onun sözlərinə görə, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında şagirdlərə audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”.

Teqlər: