Xəbər - Trend
2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi
məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz
artaraq 1,3 milyard dollara bərabər olub.
AzerTimes-ın məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 392,1 milyon dollar məbləğində
müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da keçən ilin aprel ayı
ilə müqayisədə 29,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 3,612 milyard dollar
məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.