Bu il sağ qaldıq, 2024-də isə… – Zalujnı

Bu il sağ qaldıq, 2024-də isə… – Zalujnı

2024-cü il asan olmayacaq. Lakin Ukrayna hərbçiləri qələbəni addım-addım yaxınlaşdırmağa davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı Yeni il müraciətində bildirib.

“2023-cü il bitdi. Torpağımız və azadlığımız uğrunda mübarizəmizin başqa bir çətin ili. Bu, Ukraynanın sağ qaldığı il oldu. Ukrayna sizin sayənizdə – ukraynalı əsgər və matrosların, çavuşların və zabitlərin sayəsində sağ qaldı. Hər birinizə təşəkkür edirəm.

İnanıram ki, biz bütün sınaqlardan ləyaqətlə çıxacağıq və qələbəmizi addım-addım yaxınlaşdırmağa davam edəcəyik”, – Zalujnı bildirib.

Teqlər: