Bu il Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq

Xəbər - Humay Ağacanova – Trend:

Bu il Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir.


“Əgər bu real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni, işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub.”, – deyə əlavə edilib.

Teqlər: