Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb

Xəbər - Samir Əli – Trend:

2021-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları üzrə 577 cinayət işi icraata qəbul edilib.

Bunu AzerTimes-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 577-dir.


Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Teqlər: