Bu il pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 1,6 milyard manatdan çox vəsait ödənilib

2022-ci ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd,
ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası
davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən
həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 1 milyard 613
milyon manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 5,9% və ya 89,7 milyon
manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən
əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə
artırılması təmin edilib.

Bu artımlar üçün illik əlavə 2,1 mlrd. manat vəsait ayrılıb,
artımların şamil olunduğu şəxslərin sayı isə 3,4 milyon
nəfərdir.

Teqlər: