Bələdiyyə torpaqlarından sui-istifadə hallarının qarşısı alınacaq

Bələdiyyə torpaq sahələrindən sui-istifadə hallarının qarşısı
alınacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən
təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər
Planında əksini tapıb.

Fəaliyyət planında dövlət və bələdiyyə torpaq sahələrinin
icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması,
kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması,
bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı
təkliflər hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti
orqanlarına dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə
verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının
dəyişdirilməsi proseslərinin elektronlaşdırılması üçün müvafiq
sahədə qanunvericiliyin və dövlət xidmətlərinin təşkili
xüsusiyyətlərinin təhlil edilməsi tapşırılıb.

Teqlər: