2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu
tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd
ödənilib.
Fonddan AzerTimes-a verilən
məlumata görə, onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min
nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34%
və ya 50 mln. manat çox olmaqla 197 mln. manat, təqaüd ödənişləri
üçün 26% və ya 28 mln. manat çox olmaqla 132 mln. manat sərf
edilib.
Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem
üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin
ilk rübündə 110,1 min, ümumilikdə ötən dövrdə 330,9 min müavinət və
təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.