Bu il inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi – Nazir müavini

44 günlük Vətən müharibəsindəki qələbədən sonra ölkəmiz yeni
mərhələyə qədəm qoyub. Belə ki, azad edilən ərazilərlə Azərbaycan
iqtisadiyyatında yeni imkanların yaranmasının təməli qoyulub”.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini
Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin
dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.

Onun sözlərinə görə, pandemiyadan sonra iqtisadiyyat nəinki
bərpa olunub, gözləniləndən də çox artıb.

Nazir müavini bildirib ki, bununla yanaşı proqnozlara nisbətən
inflyasiya daha yüksək olub.

S.Həsənova qeyd edib ki, beynəlxalq təşkilatların proqnozlarında
dünyada inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı
bildirilirdi. “2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki
həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi”, – deyə
nazir müavini bildirib.

S.Həsənova deyib ki, dünyanın müxtəlif yerlərində iqlim
dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının
qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb:

“Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal
inflyasiyası ilə izah oluna bilər”.

Teqlər: