2022-ci ildə Bakıda keçiriləcək kənd təsərrüfatı sərgilərində 24
ölkədən 449 şirkət iştirak edəcək.
AzerTimes-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin
nümayəndəsi Toğrul Qafarbəyli “Caspian Agro” 15-ci beynəlxalq kənd
təsərrüfatı sərgisinin və “IntelFood Azerbaijan” 27-ci beynəlxalq
sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki sərginin keçirilməsi üçün ümumilikdə 15
min hektardan çox sahə ayrılıb.
“2022-ci ildə Bakıda keçiriləcək kənd təsərrüfatı sərgilərində
24 ölkədən 449 şirkət iştirak edəcək ki, bu da pandemiyaya qədərki
göstəricini əhəmiyyətli şəkildə üstələyir”, – deyə o bildirib.
Nazirlik nümayəndəsi əlavə edib ki, bu sərgilər çərçivəsində
Azərbaycan və xarici dövlət strukturlarının nümayəndələri arasında
danışıqlar keçiriləcək və bu kənd təsərrüfatının inkişafının
sürətlənməsi üçün əlavə stimul olacaq.
(Tərcümə: Orxan Nəbiyev)