Xəbər - Samir Əli – Trend:
Bu ilin 8 ayında Bakıda baş verən yol qəzaları nəticəsində 80 nəfər ölüb, 107 nəfər xəsarət alıb
Bunu AzerTimes-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, yol qəzalarının 56,4 faizi piyadaların vurulması ilə nəticələnib.