Bu il Bakıda yerdəyişməsi aparılan şagirdlərin sayı açıqlanıb

Xəbər - Çingiz Səfərli -Trend:

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 46 000-dən çox şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

“Bu prosesin elektronlaşdırılması valideynlərin rahatlığına, şəffaflığın artırılmasına, təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının genişləndirilməsinə imkan verir. 2021-ci ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 479 uşaq qəbul edilib”.

Teqlər: