Bu il Bakıda daha bir ASAN xidmət Mərkəzi açılacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu il Bakıda daha bir ASAN xidmət Mərkəzi açılacaq.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, yeni xidmət mərkəzi Nərimanov rayonu ərazisində olacaq.

O əlavə edib ki, qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar həmin mərkəzin xidmətindən yararlana biləcəklər.

Teqlər: