Bu il Bakı beynəlxalq humanitar forumunun bərpası planlaşdırılır

2022-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə
Bakı beynəlxalq humanitar forumunun bərpa olunması
planlaşdırılır.

Trend-in məlumatına görə, bunu baş nazirin
müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında
deyib.

O bildirib ki, forumun keçirilməsi koronavirus pandemiyasına
görə təxirə salınmışdı.

“Bu il isə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar
forumu bərpa etmək planlaşdırılır. Bakı beynəlxalq humanitar
forumunun keçirilməsi insanlar arasında əlaqələrin möhkəmlənməsi və
genişlənməsi baxımından əhəmiyyət daşıyır”, – Ş.Mustafayev
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: