Bu il Bakcell şəbəkəsinin Qarabağda genişlənməsinə qoyulacaq investisiya həcmi 23 milyon manata çatacaq

Bakcell işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin
genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata
çatdıracaq. Bununla da 2022-ci ilin sonuna qədər Qarabağda qurulmuş
baza stansiyalarının sayı 100-ü keçəcək.

Hazırda Bakcell şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl,
Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif
yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə,
Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.

Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını
Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir. Azərbaycanın ilk
mobil operatoru və ən sürətli mobil internet provayderi olan
Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Teqlər: