Bu il bağçalara uşaq qəbulunun vaxtı açıqlanıb

İyul ayından etibarən məktəbəqədər təhsil müəssisəslərinə qəbul
prosesi başlayacaq.

Trend-in məlumatına görə bunu Təhsil
Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin
müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin Təhsil
Nazirliyinə verilməsi özü də proses olaraq vaxt alıb.

“Burada müvafiq elektron sistemləri qurub, hazırlamaq üçün vaxt
lazımdır. Hazırda işlər davam edir. İyul ayından etibarən bağçalara
uşaq qəbulunun başlanması nəzərdə tutulub”, – deyə o bildirib.

Teqlər: