Bu il azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən
AzerTimes-a verilən məlumata görə,
2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi
yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki
abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq
edilib.
“Hazırda isə 155 abidənin pasportu və 108 abidənin mühafizə
zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər
(Pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə
razılaşma, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra
hakimiyyətləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak
Məsələləri Dövlət Xidməti ilə razılaşma) görülür. Bu pasportlardan
42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad
olunmuş ərazilərdəki abidələrin payına düşür”, – Dövlət Xidməti
bildirir.