Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay
aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, aprelin 1-dən 30-dək
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341,
tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 1 701.5hektar ərazi mina və partlamamış hərbi
sursatlardan təmizlənib.

Teqlər: