Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub

Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz
olunub.

AzerTimes-ın məlumatına görə,
bunu energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində
bildirib.

Nazir qeyd edib ki, TAP istismara veriləndən indiyə qədər bu
göstərici 11 milyard kubmetrdən çoxdur.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa
hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər
Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri
Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından
keçərək İtaliyanın cənubunda bitir. TAP 2020-ci ilin sonunda
istifadəyə verilib.

Teqlər: