Bu il arıçılıq məhsullarının bol olacağı gözlənilir – Assosiasiya sədri

Bu il işğaldan azad edilən rayonların arıçıları öz doğma
torpaqlarında arıçılıqla məşğul olmaq üçün bizə müraciət ediblər.
Ötən il azad edilmiş ərazilərə dörd mindən çox arı iləsi köçürülüb.
Bu il bu rəqəmin daha çox olacağını proqnozlaşdırırıq.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının
sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, müraciət edən arıçıların hamısını hələki
həmin ərazilərdə yerləşdirmək mümkün deyil:

“Bundan başqa ölkə üzrə qış mövsümündə arı ailələrinin sayında
azalma olmayıb. Keçən il 620 min arı ailəsi qeydə alınıb. Bu il də
arı ailələrinin sayında artım gözlənilir. Belə ki, bu say 650 min
arı ailəsinə çata bilər.

Ötən il 7 min tondan çox bal süzülüb. Bu il isə məhsulun daha
çox olacağını gözləyirik”, – deyə B.Həsrətov bildirib.

Teqlər: