Bu il 69 təhsil müəssisəsi istifadəyə verilib

Xəbər - Humay Ağacanova – Trend:

Bu il Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi istifadəyə verilib.

Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Qaçqınlar və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişi ilə 1 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.


“2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 29-da tikinti, 9-da əsaslı təmir işləri görülüb, o cümlədən 1 peşə mərkəzi tikilib, 31 modul tipli məktəb quraşdırılıb”, – məlumatda deyilir.

Teqlər: