Xəbər - Samir Əli – Trend:
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, həmin şəxslərdən cəmi 8 min nəfər müəllimliyə qəbul olunacaq: “Bizim məqsədimiz ən bacarıqlı və savadlı insanları müəllim kimi görməkdir. İmtahanların məzmunu hissə-hissə dəyişəcək. Bu imtahanların məzmununda fənn biliyi ilə yanaşı, müəllimlik davranışları da olacaq”.