120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib

Xəbər - Samir Əli – Trend:

Hazırda 117356 nəfər, 53 faiz təhsil işçisi vaksinasiyadan keçib.

AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib.

Nazir qeyd edib ki, bu, yalnız ümumtəhsil müəssisələrində olan müəllimlərdir: “Peşə və ali təhsil müəssisələrinin bir neçə min müəllimləri də vaksinasiya olunublar. Peyvənd olunanlar arasında bu günə kimi ciddi və əsaslı pisləşmə müşahidə edilməyib. Peyvəndin zərərli və ya təhlükəli olması ilə bağlı iddiaları rəqəmlər sübut edir”.

Teqlər: